Polis avqustun 20-də 78 cinayətin açılmasını təmin edib

Avqustun 20-də ölkə ərazisində qeydə alınan 61, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

DİN-in Mətbuat Xidmətindən Bakigundem.com-a bildirilib ki, axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə bağlı 24, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar isə 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *