Bakı–Qəbələ–Bakı qatarlarının hərəkət qrafiki dəyişir

19 sentyabrdan Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişir.

ADY-dən Bakigundem.com-a verilən məlumata görə, ənənəvi mövsümlərarası keçidlə əlaqədar olaraq sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən reyslərin cədvəlində dəyişiklik ediləcək.

Yenilənmiş qrafikə əsasən, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günləri, Qəbələdən Bakıya isə bazar günləri yola düşəcək.

Sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planlarını tərtib edərkən yeni hərəkət cədvəlini nəzərə almaları tövsiyə olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *