Bakıda azyaşlının telefonunu talayan şəxs saxlanılıb

Paytaxtın Xəzər rayonu ərazisində naməlum şəxs azyaşlının mobil telefonunu talayaraq ələ keçirib.

Bakigundem.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı M.Cabbarov saxlanılıb.

Digər əməliyyat zamanı isə Xətai rayonu ərazisində sakinlərdən birinin evindən 2400 manat dəyərində qızıl-zinət əşyaları və pul vəsaiti oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *