Sabunçuda moped və motosiklet oğurlayan şəxslər saxlanılıb

Sabunçu rayonunda yaşayış binalarından birinin qarşısından paytaxt sakininə məxsus 2700 manat dəyərində moped oğurlanıb. 

Bakigundem.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Hüseynzadə və R.Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onların oğurladıqları mopedi satdıqları məlum olub.

Keçirilən digər tədbirlərlə isə rayon ərazisində 900 manat dəyərində motosikleti oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Baxşıyev və N.Süleymanzadə də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *