Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.

Bakigundem.com xəbər verir ki, mayın 15-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə – 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə – 453 nəfər köçürülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *