Bakıda 161 və 162 nömrəli marşrutların daşıyıcısı müvəqqəti dəyişdirilib

Daşıyıcı “Azland Plaza” MMC tərəfindən Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların istismarının dayandırılması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Bu barədə Bakigundem.com -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, sərnişindaşımanın fasiləsizliyinin qorunması və vətəndaşların nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə 27 iyul tarixindən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə müvəqqəti olaraq “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.

Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *