Hacıqabulda 3 kiloqrama yaxın marixuana aşkarlanıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 30 yaşlı Murad Səmədov saxlanılıb. 

Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ondan 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *