Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə Bakigundem.com-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 66.5-ci və 81.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 4-nə təyin olunmuş iclasında baxılacaq.














Leave a Reply