Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib

Xalq şairi Süleyman Rüstəmin yeganə oğlu Azad Rüstəmzadə vəfat edib.

Bakigundem.com xəbər verir ki, yaxınlarının sosial şəbəkədə paylaşdığı məlumata görə, Azad Rüstəmzadə ötən gün 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. Onun bir oğlu və bir qızı yadigar qalıb.

Azad Rüstəmzadə ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub. O, 1989–2009-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *