Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycandan Ermənistana növbəti yanacaq göndərilib

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Bakigundem.com xəbər verir ki, 18 vaqon “Aİ-92” markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *