Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bu həftə Azərbaycanda ardıcıl 3 gün istirahət olacaq

Bu həftə ölkədə ardıcıl 3 gün rəsmi istirahət günü olacaq.

Bakigundem.com-un məlumatına görə, iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunacaq. 

Əmək Məcəlləsinə əsasən, bu tarix qeyri-iş günü hesab edilir.

Bu il iyunun 26-sı həftənin cümə gününə təsadüf etdiyi üçün, bayram günü növbəti şənbə və bazar günləri ilə birləşəcək. 

Beləliklə, beşgünlük iş qrafiki ilə çalışan vətəndaşlar üçün ardıcıl 3 gün 26, 27 və 28 iyun tarixlərində istirahət günüləri olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *