Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Milli Məclisdə media savadlılığı ilə bağlı yeni qanun təşəbbüsü irəli sürülüb

“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib.

Bakigundem.com xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib.

Deputat bildirib ki, dinlə bağlı bəzən mənşəyi və yaranma səbəbi bəlli olmayan hədislərin cəhalətə yol açdığı kimi, informasiya bolluğu da informasiya cəhalətinə səbəb ola bilir:

“İnsanlarda media savadlılığının artırılmasına ehtiyac var. Rəqəmsal risklərdən qorunma səviyyəsinin yüksək olduğu ölkələrdə media savadlılığı məsələləri ‘Media haqqında’ qanunla deyil, ‘Media savadlılığı haqqında’ ayrıca qanunla tənzimlənir. Məsələn, Finlandiyada və Malayziyada belədir. Azərbaycanda da ‘Media savadlılığı haqqında’ qanunun qəbuluna ehtiyac var. Bu istiqamətdə bilik və bacarıqlar həm uşaqlara, həm də böyüklərə öyrədilir. Yeni qurum da bu məsələni diqqətdə saxlamalıdır”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *