Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ağdaşda yük avtomobilini ildırım vurdu, yanğın baş verdi

Ağdaş rayonunda yük avtomobili ildırım vurması nəticəsində yanıb.

Bakigundem.com xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib.

Məlumata görə, Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı yük avtomobilinə ildırım düşüb. 

Nəticədə nəqliyyat vasitəsində yanğın baş verib.

Hadisə zamanı avtomobilin yanar konstruksiyaları, eləcə də yük hissəsində yerləşən soyuducu qurğular yanaraq yararsız vəziyyətə düşüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *