Bakıda maşın motosikletlə toqquşub, bir nəfər ölüb

Bakıda “Qazel”lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.

Bakigundem.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü – Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *