Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq.
Bakigundem.com xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Belə ki, iyunun 11-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Azadlıq prospekti, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.













Leave a Reply