Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

ADY Bakı-Tbilisi marşrutu üzrə əlavə vaqonlar qoşacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.

Bakigundem.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *