Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Elektronika mağazasından noutbuk oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb. 

DİN-dən Bakigundem.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb.

Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib.

Araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *