Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

AYNA iki küçədə parklanma yerlərini ləğv etdi

Paytaxtın Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub. 

Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *