Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Bakigundem.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *