Bakıya tramvay geri qayıdır

Bakıda tramvay nəqliyyatının bərpası istiqamətində hazırlıq işləri aparılır.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsi zamanı bildirib ki, tramvay layihəsi 2025–2030-cu illəri əhatə edən dövlət proqramında ayrıca nəzərdə tutulub.

Onun sözlərinə görə, ilkin mərhələdə Mehdiabad qəsəbəsindən Bakı şəhərinin mərkəzinə qədər uzanacaq marşrut üzrə bir neçə alternativ variant nəzərdən keçirilir.

Vüsal Aslanov qeyd edib ki, gələcəkdə paytaxtda 5 müxtəlif istiqamət üzrə tramvay xəttinin yaradılması planlaşdırılır.

Layihə çərçivəsində ilk növbədə əhalinin sıx yaşadığı və ictimai nəqliyyat imkanlarının məhdud olduğu ərazilərin tramvay şəbəkəsinə qoşulması nəzərdə tutulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *