Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş  külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Bakigundem.com xəbər verir ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *