Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bərdədə ağır qəza: bir nəfər öldü

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Bakigundem.com xəbər verir ki, hadisə Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nadir Rəşid oğlu Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü Nadir Həsənov ağır xəsarətlər alıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə hadisə yerində həyatını itirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *