Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

18 may hava necə olacaq?

Mayın 18-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən  Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16°, bəzi yerlərdə 19-23° isti olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *